Ana Sayfa > Gündəm / Manşet / Karusel > Müharibə Veterani Prezident-dən Kömək istəyir-5-ci Məktub
Müharibə Veterani Prezident-dən Kömək istəyir-5-ci Məktub12-07-2015, 21:43. Yazar: admin |
Hörmətli Redaksiya! Yazdığım məktubların davamı olaraq nəzərinizə çatdırıram ki, H.Əliyev adına BDÖZ dövlət əmlakıdır və dövlət mülkiyyətidir. Dövlət əmlakını, dövlət mülkiyyətini heç kəs öz şəxsi əmlakı kimi, yaxud öz şəxsi mülkiyyəti kimi istifadə edə bilməz. Qaldı ki, H.Əliyev adına BDÖZ kimi zavodun fəaliyyətini dayandırıb, onu icarəyə vermək üçün dövlət başçısının sərəncamı lazımdır. Bu sərəncam isə yoxdur. Ancaq buna baxmayaraq H.Əliyev adına BDÖZ-un rəhbərliyi Neft şirkətinin rəhbərliyi ilə əlbir olaraq zavodu “BOSS ŞELF” MMC-ə icarəyə veriblər. İcarəyə verilən zavodun bütün rəhbərləri: direktor, baş mühəndis, direktorun müavinləri, kadrlar şöbəsi, mühasibatlıq şöbəsi və s. hamısı yerində. Ancaq deyirlər ki “bizim bir nəfər belə olsun işçimiz yoxdur” . Əgər bir zavod heç bir işlə məşğul olmursa, o zavodun rəhbərləri hansı yol ilə maliyyələşir? Bunların heç birinə məhkəmədə məhəl qoyulmadı. İkinci dəfə işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən (hakim İlham Əsədov) məhkəməyə H.Əliyev adına BDÖZ-nun hüquqşunası Zülfüqar Əsgərov tərəfindən şahid qismində çağırılmış h/t-nın sədri Səfər Səfərov, məndə olan məlumata görə “Bəylər Əyyubovun qohumudur” . Hakim İlham Əsədovun h/t-nın sədri Səfər Səfərova harada anadan olmusunuz sualına, Səfər Səfərov Qərbi Azərbaycanda deyərək cavab verdi. Bu cavab İlham Əsədovu qane etdi ki, iş barəsində qərar çıxarsın. Bundan sonra ikinci dəfə həmin işə Ali Məhkəmədə baxan hakimlər Ə.Şadiyev, R.Ağayev və V.İbayev oldular. Prosesdə üzrsüz səbəbdən BDÖZ-nin heç bir nümayəndəsi iştirak etmədi. İşdə hakimlər: Ə.Şadiyev (sədrlik edən) və R.Ağayevin iştirak etməsinə mən yazılı surətdə etiraz etdim. Mənim onların işə baxmasına etiraz etməyimin səbəbi 2007, 2010 və 2011 – ci illərdə mənə qarşı verdikləri ədalətsiz qərarlar idi. Ancaq həmin hakimlər mənim yazılı surətdə etirazıma məhəl qoymayaraq, yenə də ədalətsiz və qanuna uyğun olmayan qərar verdilər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Konstitusiya Məhkəməsi Palatasının qərardadında göstərilir ki, şikayət işin faktiki hallarının araşdırılması ilə bağlıdır. Ancaq məlum deyil ki, bu faktiki halları kim, hansı orqan araşdırmalıdır??? Hörmətli Redaksiya! Respublikada olan haqsızlıq, ədalətsizlik, qohumbazlıq, yerlibazlıq və s. bu kimi xoşagəlməz hallar vətəndaşları özünü yandırmağa, intihar etməyə məcbur edir. Ancaq baş verən belə bədbəxt hadisələr heç bir məmura, hakimə, nazirə və s. bu kimi vəzifəli şəxslərə dərs olmur. Onlar elə öz bildiklərini edirlər. O cümlədən, məhkəmə sistemində olan haqsızlıq, ədalətsizlik vətəndaşları çıxılmaz bir vəziyyətdə qoyur. Mənim kimi sadə və aşağı təbəqədən olan vətəndaşların hakimlərin ədalətli qərar qəbul etməsi üçün ya cibləri dolu olmalıdır, ya da yüksək vəzifəli day-dayısı olmalıdır ki, yuxarıdan hakimlərə “iş necə həll edilməlidir” sifarişini versin. Məhkəmələrdə olan belə hallar Respublikanın Ali qanunu olan Konstitusiyanın 127.1 maddəsində göstərilən “Hakimlər müstəqildir, yalnız AR Konstitusiyasına və qanunlarına tabedirlər” müddəasının nə dərəcədə formal olduğunu göstərir. Tel: 050 513 10 38 Elşad Şükürov Geri dön |