Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 1 364 nəfər COVID-19-a yoluxub, 1 015 nəfər sağalıb, 22 nəfər vəfat edib
Azərbaycanda 1 364 nəfər COVID-19-a yoluxub, 1 015 nəfər sağalıb, 22 nəfər vəfat edib13-11-2020, 16:00. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 1 015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 71 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53 001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17 652 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 744, ötən müddət ərzində isə ümumilikdə 1 489 382 test aparılıb. aia.az Geri dön |