Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Dilarə Məmmədəliyeva: “Ali Baş Komandanımızın polad iradəsi xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”

Dilarə Məmmədəliyeva: “Ali Baş Komandanımızın polad iradəsi xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”


13-11-2020, 14:27. Yazar: sevinc1
Dilarə Məmmədəliyeva: “Ali Baş Komandanımızın polad iradəsi xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”



“Bu gün Azərbaycan xalqı öz tarixi qələbəsinin sevincini yaşayır. Ermənistanın hərbi-siyasi rejimi Müzəffər Ordumuzun həmlələri qarşısında aciz qalaraq hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyannaməni imzalamalı oldu. Bu tarixi qələbə Azərbaycan Ordusunun gücünü, Ali Baş Komandanımızın polad iradəsini və Azərbaycan xalqının yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində 2 Nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Tibb Elimləri Namizədi Dilarə Məmmədəliyeva demişdir.

Öz müsahibəsində Dilarə Məmmədəliyeva Azərbaycanın apardığı Vətən müharibəsində əldə etdiyi bu qələbənin arxasında duran ən vacib amillərdən birinin ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin olduğunu xüsusi vurğulamışdır: “Möhtərəm dövlət başçımızın da xalqa etdiyi müraciətində dediyi kimi, bu gün Azərbaycanın bütün uğurlarının əsasında duran ən vacib məqamlardan biri xalq-iqtidar birliyidir. Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız bu Vətən müharibəsində də Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir polad yumruq kimi birləşdi və bu yumruq son nəticədə düşmənin başını əzdi. Məhz bu birliyi parçalamaq, insanlarımızda dövlətə qarşı inamsızlıq hissi yaratmaq məqsədilə düşmən mütəmadi olaraq ən çirkin təxribatlara əl atdı. Hərbi əməliyyatlar zonasından kifayət qədər uzaqda yrləşən şəhər və rayonlarımız raket atəşinə tutuldu, dinc əhali hədəfə alındı... Lakin bütün bunlar Azərbaycan xalqını sarsıda bilmədi. Əksinə yumruq daha möhkəm sıxıldı və düşmən son nəticədə ölümcül zərbə aldı. Çünki Azərbaycan xalqı bilir

– Azərbaycan Prezidenti cənab İlham Əliyev bir dəfə verdiyi sözün üstündə sonadək durur. Əgər cənab Ali Baş Komandan: düşməni torpaqlarımızdan qovacağıq – deyibsə, deməli bu, belə də olacaq. Həm də məhz onun özünün dediyi kimi...”

Müsahibimiz Dilarə Məmmədəliyeva Azərbaycan əsgərinin şücaətini xüsusi vurğulayaraq, cənab Ali Baş Komandanın da məhz bu məqama daha çox önəm verdiyini diqqət mərkəzinə çəkdi: “Düşünürəm ki, 8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın işğaldan azad edilməsi müjdəsini çatdırmaq üçün məkan olaraq məhz Şəhidlər Xiyabanını seçməsi xüsusi məna daşıyır. Möhtərəm dövlət başçımızın da deiyi kimi, bütün qələbələrimiz rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində və onun qanı bahasına əldə olunmuşdur. Buna görə də cənab Ali Baş Komandan Şuşanın alınması barədə xəbəri xalqa çatdırmazdan öncə ilk olaraq Ulu Öndərimizin, sonra isə şəhidlərimizin məzarlarını ziyarət etmiş və bununla da onların ruhlarını şad etmişdir. Bəli, Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl olundu və şəhidlərimizin də qanı yerdə qalmadı. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz Ali Baş Komandanına layiq oldu və müqəddəs Vətən torpaqlarını böyük şücaətlə düşməndən azad etdi.”

Müsahibəsinin sonunda Dilarə Məmmədəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyannamənin tamamilə Azərbaycanın maraqlarına uyğun olduğunu bildirmişdir: “Bu sənədin məzmunu ilə tanış olan hər kəs təsdiq edə bilər ki, hərbi əməliyyatların dayandırılması barədə qəbul olunmuş bu üçtərəfli bəyannamə tam olaraq Azərbaycan tərəfinin bütün tələblərini özündə əks etdirir və faktiki olaraq Ermənistanın rəsmən təslim aktıdır. Məhz elə bu səbəbdən də Paşinyan Ermənistan üçün belə bir rüsvayçı sənədi videokonfrans formatında, yəni ictimaiyyətin gözü önündə imzalamaqdan imtina etmişdi. Amma bu da onun öz günahıdır. Çünki Azərbaycanla təhdid dili ilə danışanarın, ölkəmizə, dövlətimizə xor baxanların axırı yalnız belə ola bilər!”

Sənan Məmmədov
Bəhram Qasımov

AİA.Az

Geri dön