Ana Sayfa > Siyasət > “Azərbaycanlı və ermənilər arasında münaqişə olmayacaq” -

“Azərbaycanlı və ermənilər arasında münaqişə olmayacaq” -


13-11-2020, 14:15. Yazar: sevinc1
“Azərbaycanlı və ermənilər arasında münaqişə olmayacaq” -



"Dağlıq Qarabağdakı hadisələrdən sonra Rusiyadakı azərbaycanlı və erməni diasporları arasında münaqişə baş verməyəcək".

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, hər iki diaspor məsuliyyətli davranır.

Peskov, Rusiya Federasiyasında yaşayan ermənilər və azərbaycanlıların rus cəmiyyətinin hörmətli üzvləri olduğunu vurğulayıb: “Ermənilər və azərbaycanlılar Rusiyanın necə bir imkanlar ölkəsi olduğunu mükəmməl şəkildə nümayiş etdirirlər. Onların hamısı cəmiyyətin hörmətli və məsuliyyətli üzvləridir. Burada Rusiyanın qanunlarının rəhbər tutulmalı olduğunu yaxşı anlayırlar”.

aia.az
Geri dön