Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Manşet / Karusel > Ermənilərin Madaqizdəki hərbi bazası partladıldı (VİDEO)

Ermənilərin Madaqizdəki hərbi bazası partladıldı (VİDEO)


5-04-2016, 11:02. Yazar: admin


Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.


Geri dön