Ana Sayfa > Gündəm / Manşet / Karusel > Erməni əsgərləri qaçmağa başladılar – SON XƏBƏR
Erməni əsgərləri qaçmağa başladılar – SON XƏBƏR4-04-2016, 17:36. Yazar: admin |
![]() 170 işğalçı, 12 zirehli texnika məhv edilib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. Bu barədə Azərbaycan MN-dən bildiriblər. Qeyd olunur ki, son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb. Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir. Geri dön |