Ana Sayfa > Karusel / Ölkə / Media > FHN işğaldan azad edilmiş ərazilərdə xidmətə başladı
FHN işğaldan azad edilmiş ərazilərdə xidmətə başladı9-11-2020, 20:03. Yazar: admin |
![]() Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb. FHN-dən AİA.Az-a verilən məlumata görə, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb. Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. AİA.Az Geri dön |