Ana Sayfa > Gündəm / Manşet / Karusel > Baş nazirin müavini: Çox yaxında tam qələbəni qeyd edəcəyik
Baş nazirin müavini: Çox yaxında tam qələbəni qeyd edəcəyik4-04-2016, 17:25. Yazar: admin |
“Hər bir azərbaycanlı hazır olduğunu göstərir.” Dünya siyasətində baş verən azacıq dəyişikliklər bizim düşmənlərimizin təxribatları üçün əsas olub. Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın Xətai rayon təşkilatında gənclərlə görüşü zamanı deyib. O bildirib ki, dünya və regional siyasətdə baş verən son dəyişikliklər ermənilərin həmin təxribatı etməsi üçün əsas yaratsa da, onların bu təxribatlarına cavab güclü olub: “Yəqin ki, biz bundan sonra ermənilər və onların havadarları tərəfindən belə bir təxribatın təkrarlanmayacağı fikrində ola bilərik. Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarının işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir. Hər bir azərbaycanlı - hətta qadınlar belə - Azərbaycan torpaqlarını azad etmək üçün əlinə silah almağa hazırdır. Bu, torpağa olan böyük məhəbbətin gücüdür. Bunun qarşısında dayana biləcək güc yoxdur. Ola bilsin ki, Azərbaycan torpaqları müvəqqəti işğal altındadır. Amma bu hadisələr bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Çox yaxın zamanda hər bir Azərbaycan vətəndaşı qələbə hissini duyacaq və onu qeyd edəcək”. Geri dön |