Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > ÜST bəşəriyyəti yeni pandemiyaya hazırlaşmağa çağırıb
ÜST bəşəriyyəti yeni pandemiyaya hazırlaşmağa çağırıb6-11-2020, 12:25. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə təşkilatın Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası ərəfəsində yayımlanan bəyanatında deyilir. Qeyd olunur ki, yeni pandemiyaya hazırlıq məsələsi Assambleyanın sessiyasında müzakirə olunacaq əsas mövzulardan olacaq: “Biz son bir il ərzində gördük ki, möhkəm səhiyyə infrastrukturuna malik ölkələr SARS-CoV-2 virusunun yayılmasına nəzarətin və bunun qarşısının alınmasında daha səmərəli iş görə bilib”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası noyabrın 9-14-də keçiriləcək. AİA.AZ Geri dön |