Ana Sayfa > Manşet / Gündəm > Rəfail Mehralıyev: “Ali Baş Komandan xalqın milli qürurunu özünə qaytardı”

Rəfail Mehralıyev: “Ali Baş Komandan xalqın milli qürurunu özünə qaytardı”


6-11-2020, 12:21. Yazar: sevinc1
Rəfail Mehralıyev: “Ali Baş Komandan xalqın milli qürurunu özünə qaytardı”





“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun ardıcıl əldə etdiyi qələbələr təkcə işğal altında olunmuş torpaqlarımızı deyi, həmçinin milli qürurumuzu, özümüzə inamımızı geri qaytarır. Otuz ilə yaxın bir müddət ərzində ərazilərimizin işğal altında qalması əlbəttə ki, ruh düşgünlüyünə əsaslı bir səbəb idi. Lakin biz hər zaman dövlətimizə və Prezidentimizə inanmışıq və bu qürur dolu günlərin nə vaxtsa gələcəyinə şübhə etməmişik.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev demişdir.


Daha sonra Rəfail Mehralıyev bildirmişdir ki, Azərbaycan Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmaq üçün həqiqətən də bütün imkanlardan sonadək istifadə etdi: “Bu gün nə dövlətimizi, nə də Ali Baş Komandanımızı qınamağa dünyada heç kimin haqqı yoxdur və ola da bilməz. Biz heç zaman müharibə istəməmişik və onu başlamamışıq. Bizi 30 il gözlətdilər. Danışıqlar apardılar, vasitəçilər göndərdilər, şərtlərirəli sürdülər, vədlər verdilər... Amma bütün bunların heç bir nəticəsi olmadı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri vəzifələrini regiona nəticəsiz səfərlərdə görür, əsas məsuliyyəti tərəflərin özlərinin üzərinə qoyur. Minsk qrupu işğalçıya təzyiq etməyib, ya da etmək də istəməyib. Minsk qrupunun həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Çünki Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Lakin bu ölkələr nə sanksiya tətbiq etdilər, nə də hər hansı başqa yolla Ermənistana təzyiq göstərmədilər. Əksinə, erməni işğalçıları artıq yeni ərazilər əldə etmək niyyətlərini də açıq-aşkar nümayiş etdirirdilər. Möhtərən dövlət başçımızın da dəfələrlə vurğuladığı kimi, Qanunsuz məskunlaşdırma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Minsk qrupu isə Ermənistanın Qarabağda qanunsuz məskunlaşma aparmasına nəinki etiraz etmədi, heç səsini də çıxarmadı. Cinayətə susmaq isə torpaqlarımızın erməniləşdirilməsinə, Azərbaycanın mədəni irsinin silinməsinə yönəlmişdi. Məhz bu səbəbdən Azərbaycan öz torpaqlarını azad etmək missiyasını öz üzərinə götürməli oldu.”

Həmçinin departament rəhbəri öz müsahibəsində Azərbaycan Ordusunun bugünkü qələbələrinin xalqımızın mənəvi dəyərlərinin bərpa olunması, milli qürurunun daha da yüksəlməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini də xüsusi olaraq vurğulamışdır: “Artıq 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin alınması Azərbaycan xalqının təfəkküründə bir dönüş nöqtəsi oldu. Məhz həmin gündən xalqın qələbəyə, torpaqlarımızın qaytarılacağına olan inamı real cizgilər almış oldu. Həmin gün xalqımız məğlubluq əlamətlərini üzərindən atdı və bir daha əmin oldu ki, bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq, düşünülmüş şəkildə apardığı xarici və daxili siyasət, iqtisadiyyatımızın gücləndirilməsinə, ordu quruculuğuna yönəldilmiş məqsədyönlü tədbirlər son nəticədə məhz torpaqlarımızın azad olunmasına xidmət edəcək. Bu gün isə bütün Azərbaycan xalqı, bütün dünya bu illər ərzində möhtərəm Prezidentimizin yürütdüyü bu siyasətin həqiqətən də yeganə düzgün siyasət olduğuna bir daha əmin olur. Bu gün şanlı Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən torpaqlarını işğaldan azad edir. Bu qələbələr təkcə torpaqlarımızı deyil, həmçinin şərəfimizi, milli qürurumuzu da özümüzə qaytarır.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az

Geri dön