Ana Sayfa > Karusel / Gündəm > Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


6-11-2020, 09:10. Yazar: sevinc1
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub


Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

aia.az
Geri dön