Ana Sayfa > Gündəm / Aia TV / Karusel > "Vətənpərvərlik mahnıları hər gün verilməlidir"

"Vətənpərvərlik mahnıları hər gün verilməlidir"


4-04-2016, 14:40. Yazar: admin



"Təkcə bu günlərdə deyil, hər gün televiziya kanallarında vətənpərvərlik haqqında kliplərin göstərilməsini, fm dalgalarında mahnıların və şeirlərin səsləndirilməsini istərdim. Bu, vətənimizin keşiyində duran məğrur və cəsur əsgərlərimizdə ruh yuksəkliyini daha artırar".

Aia.az Milli.Az-a istinadən bildirir ki, bu sözlər vətənpərvərlik mövzusunda bir sıra mahnıların müəllifi Cəlal Qurbanova aiddir. O, əmin olduğunu bildirib ki, bizim rəşadətli ordumuzun gücü sayəsində, bir qarış da olsun torpağımız düşmən tapdağı altinda qalmayacaq.

"Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Mən də hamı kimi bu borcu verməyə hər an hazıram. Canım sənə fəda olsun, Azərbaycan!", - deyə o vurğulayıb.

Qarabağda nalsız qalan,
O atların dırnaqları,
Qayalardan od qoparır.
Məscidlərdə minarələr alovlanır,
Yağı düşmən,
Məzarlardan ad qoparır.
O kimsəsiz ağacların,
Budaqların yel qoparır.
Meyvəsini sel aparır.
O səslərdən damarlarda,
Axan qanlar coşub çağlar,
`Vətən` deyib sinə dağlar.
Bizi səslər Cıdır düzü,
Gen dərələr, sıra dağlar.
Qəmli qəmli nəğmə deyən,
Buz bulaqlar.
O xan qızı Natəvan da,
Segah üstə, qoca Xan da,
Tənha qalan Qarabağa səslər bizi.

Ey Türk oğlu orda səni,
Səsləyən var, gözləyən var.
Sənə ümüd bəsləyən var.
Qalx ayaga, birdəfəlik de sözünü,
Darda qalan Qarabağın,
Qoyma yolda sən gözünü!
Geri dön