Ana Sayfa > Gündəm / Aia TV / Karusel > İlham Əliyev iftar mərasimində - FOTO

İlham Əliyev iftar mərasimində - FOTO


11-07-2015, 23:41. Yazar: admin

Dövlət başçısı çıxış etdi.

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Aia.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycandakı tolerantlığın səviyyəsini, ölkəmizin dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırdılar.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Sonra iftar süfrəsi açıldı.

Geri dön