Ana Sayfa > Gündəm / Manşet / Karusel > Ermənilər daha 2 mülki sakini yaraladı

Ermənilər daha 2 mülki sakini yaraladı


4-04-2016, 14:23. Yazar: admin
Ermənilər daha 2 mülki sakini yaraladı
Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc sakinlər yaralanıb.

Aia.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, atılan mərmilərdən biri rayonun Seydimli kənd sakini Zahid Vəliyevin həyətinə düşüb.

Mərminin partlaması nəticəsində ev sahibi və onun azyaşlı nəvəsi yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərildikdın sonra onlar evə buraxılıblar. Bildirək ki, ötən gecə də ermənilər kəndə bir neçə artileriya atəşi açıblar.
Geri dön