Ana Sayfa > Gündəm / İqtisadiyyat / Aia TV / Karusel > Beynəlxalq Bankdan şəhid ailələrinə dəstək: Kreditlər silinəcək!

Beynəlxalq Bankdan şəhid ailələrinə dəstək: Kreditlər silinəcək!


4-04-2016, 14:12. Yazar: admin

Sabah Azərbaycan Beynəlxalq Bankının Baş ofisində də qanvermə aksiyası keçiriləcək. Bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək məqsədilə qan verəcəklər.

Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Geri dön