Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Azərbaycan bir milyon ayırır- Ebola...

Azərbaycan bir milyon ayırır- Ebola...


11-07-2015, 22:40. Yazar: admin


Azərbaycan hökuməti Ebola epidemiyası nəticəsində zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının bərpasına bir milyon dollar ayırmaq niyyətindədir.


Aia.az AzərTac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

Yaşar Əliyev deyib: "Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib:

Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".

BMT-nin iqamətgahında Eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.
Geri dön