Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Erməni ordusunda qorxu əmri: "Təslim olan vurulacaq"

Erməni ordusunda qorxu əmri: "Təslim olan vurulacaq"


4-04-2016, 13:01. Yazar: admin

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də intensivləşmiş hərbi əməliyatlarda Ermənistanın silahlı qüvvələri böyük itkilər verirlər. Həmin itkilər ermənilər arasında təşviş, təlaş və ruh düşkünlüyü yaradıb.

Aia.az Ermənistan mediasına istinadən bildirir ki, сəbhə bölgəsindəki hərbi hissələrdə fərarilik, mövqeləri qoyub qaçmaq, hətta Dağlıq Qarabağı tərk edərək, ümumiyyətlə, Ermənistana üz tutmaq halları artıb.
Bununla bağlı olaraq Dağlıq Qarabağın Hadrut, Ağdərə, Əsgəran və Martuni rayonlarındakı hərbi hissələrdə komandirlər qeyri-rəsmi olaraq əsgərlərə "Təslim olan, qaçan vurulacaq" xəbərdarlığı ediblər.
Ermənistanın Müdafiə Nazirliyi bu xəbəri "əsassız şayiə" adlandırsa da, ermənilər sosial şəbəkələrdə olayı geniş müzakirə edir, xəbərdarlığın gerçəkdən də olduğunu vurğulayırlar.
Geri dön