Ana Sayfa > Manşet / Gündəm > «Hər şey Vətən üçün, hər şey qələbə üçün»
«Hər şey Vətən üçün, hər şey qələbə üçün»2-11-2020, 14:27. Yazar: sevinc1 |
![]() Bu günlərdə hər bir azərbaycanlı kimi, mənim də ürəyim fəxarət və qürur hissi ilə döyünür. 30 ilə yaxın bükülmüş qəddimiz nəhayət ki, düzəlməyə başlayıb. Sentyabrın 27-dən erməni faşistlərinə qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qələbə estafetindən doğan sevincdən özümə yer tapa bilmirəm. Dağılmış, külə dönmüş, izi-tozu qalmayan yurd yerlərimizi görəndə bu vəhşəti insan adı daşıyanların törətdiklərinə inana bilmirəm. Erməni adlı məxluqlar təkcə dövlətimiz üçün deyil, bütövlükdə regionumuza qarşı çox böyük təhlükədir. Qəribədir ki, şəhərlərimizi atəşə tutub növbəti Xocalı faciəsini törədənlərin əməllərinə beynəlxalq güclər səslərini belə çıxarmır, özlərini görməzliyə vururlar. Haqq işimizdə yanımızda olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Minsk Qrupunun ünvanına dediyi sözlər reallığın nədən ibarət olduğunun bariz ifadəsidir. O, özlərini kar, kor kimi göstərənlərin, erməni təəssübkeşliyinin Qarabağ probleminin həll edilməməsinə başlıca səbəb olduğunu bütün dünyaya bəyan etməklə necə qorxulu düşmənlə üz-üzə gəldiyimizi ifadə etmişdir. Amma xalq, ordu və dövlətimizin möhtəşəm birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bir-birini sıralayan kənd, qəsəbə və rayonlarımızın azad edilməsi ilə bağlı aldığımız müjdələr çox tezliklə işğal altında olan bütün torpaqlarımızın işğaldan qurtulacağına, hər kəsdə olduğu kimi, məndə də dərin inam və əminlik yaradıb. Böyükdən-kiçiyə bu gün hamı respublikamızda Vətən müharibəsinə köklənib. «Hər şey Vətən üçün, hər şey qələbə üçün» devizi xalqımızın başlıca məramına çevrilib. Artıq azad edilən torpaqlarda quruculuq işlərinə hazırlıq görülməkdədir. Yaşımın 65-ə çatması mənə döyüşlərdə iştirak etmək imkanı verməsə də, müharibədən sonra Qarabağda aparılacaq quruculuq işlərində bir vətəndaş kimi iştirak etmək arzusundayam. Həmin qələbə soraqlı gün isə uzaqda deyil. Azər Əliyev, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin rəisi Geri dön |