Ana Sayfa > Gündəm / Manşet / Karusel > Ağdamda SON VƏZİYYƏT
Ağdamda SON VƏZİYYƏT4-04-2016, 12:58. Yazar: admin |
Ermənilərin ağır artilleriyalardan atəşi zamanı Ağdamda ziyançəkən kəndlərdə dərhal bərpa işləri başlanıb. Aia.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, Ağdamda düşmən susdurulub və hazırda nisbi sabitlikdir: "Hər şey öz qaydasındadır. Bizim rayon ərazisində hazırda atışma səsləri səngiyib. Camaat öz işindədir, heç bir problem yoxdur. Təmas xətlərində evləri ziyan çəkən ailələrlə görüşürəm, əlimizdən gələn köməkliyi edirik. Rayonun bütün rəhbər şəxsləri mənimlə birlikdə əhali arasındadır". İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşləri nəticəsində rayonun Əsədli və Qaradağlı kəndlərinə gedən elektrik xətləri sıradan çıxsa da, dərhal kəndlərə elektrik enrjisi bərpa edilib: "Bu iki kəndə gedən işıq dirəkləri dağılmışdı. Bundan başqa, rayonun Təzəkənd kəndində 24 ailə işıqsız qalmışdı. Dünən axşam hər iki kəndə elektrik enerjisinin verilişi bərpa edildi. Hazırda kəndlər fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Dünən bir evin dam örtüyü mərmi zərbəsindən dağılmışdı, şəxsən özüm hadisə yerində oldum, həmin evin dam örtüyünü əvvəlkindən də yaxşı təmir edib ailəyə təhvil veridik". Geri dön |