Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb -
Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb -2-11-2020, 08:24. Yazar: sevinc1 |
![]() Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb. aia.az-ın məlumaıtna görə, bu barədə Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb. H.Hacıyev bildirib: "Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır". Daha bir tvitdə Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-nin səhifəsində şərhlər yazılmasını da qeyd edib: "Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyyatdır". aia.az ![]() ![]() Geri dön |