Ana Sayfa > Dünya > ABŞ-da 90 milyon insan səs verdi:

ABŞ-da 90 milyon insan səs verdi:


2-11-2020, 08:14. Yazar: sevinc1
ABŞ-da 90 milyon insan səs verdi:


ABŞ-da prezident seçkilərində 90 milyon insan erkən səsvermədə iştirak edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Sözügedən göstərici 2016-cı il prezident seçkilərinin ümumi seçici fəallığının təxminən 65 faizinə yaxın olub.

Keçirilən sorğular onu göstərir ki, Co Bayden hazırda D.Trampı üstələyir.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində 138 milyon insan iştirak edib.

aia.az
Geri dön