Ana Sayfa > Karusel / Təhsil > Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil -

Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil -


30-10-2020, 11:48. Yazar: sevinc1
Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil -



Məktəbəqədər qruplar və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil və onların fəaliyyətində fasilə davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bağçalarda onlayn təlimin keçirilməsi mümkün deyil: "Amma müəyyən özəl bağçalar və məktəbəqədər qruplar distant yolla uşaqlara hansısa bacarıqları ötürə bilərsə, tapşırıqlar verərsə, bu, qanunsuz sayılmaz. Ən azı iki həftə ərzində təlimin bərpası mümkün deyil. Ondan sonra vəziyyətdən asılı olaraq, bəzi ərazilərdə tədrisin bərpası məsələsinə baxıla bilər".

aia.az
Geri dön