Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi:
Müdafiə Nazirliyi:29-10-2020, 17:12. Yazar: sevinc1 |
![]() Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır. Bu barədə aia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub. Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur", - deyə məlumatda qeyd olunub. aia.az Geri dön |