Ana Sayfa > Siyasət > Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir -

Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir -


29-10-2020, 16:49. Yazar: sevinc1
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir -


Oktyabrın 27-28-də Ermənistan silahlı qüvvələrinin Bərdəyə endirdiyi zərbələrin hədəfi dinc Azərbaycan əhalisi olub. Bu zərbələrin təşkilatçılarının hədəfi döyüş əməliyyatları zonasından uzaqda mümkün qədər çox Azərbaycan vətəndaşını məhv etmək idi.

Trend-in məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.

O xatırladıb ki, erməni qoşunları cəbhə xəttindən 30 kilometr məsafədə yerləşən Bərdəyə yenidən raket atəşi açıb:

“Əgər əvvəllər Azərbaycanı cavab addımına vadar etməklə Rusiyanı münaqişəyə cəlb etmək məqsədilə Vardenis şəhərindən ballistik raketlərlə Gəncə şəhəri atəşə tutulurdusa, bu dəfə atəş işğal olunmuş Ağdərə şəhərindən açılıb. Ermənistan qoşunları kaset bombalı 5 “Smerç” raketi buraxıb. Bildiyiniz kimi, kaset bombaları sıx məskunlaşmış şəhər mərkəzinə atılırsa, burada yalnız bir məqsəd var – mümkün qədər çox ölümə yol açmaq”.

aia.az
Geri dön