Ana Sayfa > Karusel / Gündəm > 30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib29-10-2020, 14:07. Yazar: sevinc1 |
![]() Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib. Trend-in məlumatına görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib. H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib: "Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi". aia.az Geri dön |