Ana Sayfa > Gündəm > BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb

BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb


29-10-2020, 10:39. Yazar: sevinc1
BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb


Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirmişdir. Daha iki könüllü isə yaralanıb.

aia.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiya regionu üzrə direktoru Martin Şüeppin bəyanatında deyilir:

BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə baş sağlığı verir.

Qeyd edilir ki, sentyabr ayının sonunda gərginləşmənin yenidən başlamasından etibarən BQXK tərəfləri mülki şəxsləri və mülki infrastrukturu fərqləndirmək və müdafiə etmək üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırıb:

"Bunlar könüllü olaraq görülə biləcək tədbirlər deyil. Bunlar beynəlxalq humanitar hüquq əsasında müəyyən edilmiş öhdəliklərdir.

Sonuncu hadisələr onu göstərir ki, Dağlıq-Qarabağ münaqişəsinin nəzarət altından çıxma riski mövcuddur. Regionda yaşayan mülki şəxslər bu hadisələrin fəsadlarından əziyyət çəkirlər. Mülki şəxslərin ölüm halları narahat edici həddə artmışdır. Bununla bərabər, onlar bütün həyatlarını dəyişən yaralanmalara məruz qalırlar. Eyni zamanda mülki infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəyib.

BQXK tərəflərə beynəlxalq humanitar hüquq əsasında öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, konfidensial dialoq aparır. Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz.”


aia.az
Geri dön