Ana Sayfa > Gündəm / Manşet / Karusel > Gürcüstan Azərbaycanın yanındadı - Zakir Həsənova zəng gəldi

Gürcüstan Azərbaycanın yanındadı - Zakir Həsənova zəng gəldi


4-04-2016, 11:55. Yazar: admin
Gürcüstan Azərbaycanın yanındadı - Zakir Həsənova zəng gəldi

Aprelin 4-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Aia.az MN-in saytına istinadən bildirir ki, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.
Geri dön