Ana Sayfa > Gündəm / Manşet / Karusel > “2 günə Qarabağda 33 nəfər ölüb, 200-dən çox yaralı var” - BMT

“2 günə Qarabağda 33 nəfər ölüb, 200-dən çox yaralı var” - BMT


4-04-2016, 11:46. Yazar: admin


Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya İdarəsi Dağlıq Qarabağ uğrunda son 2 gündə gedən döyüşlər haqda hesabat dərc edib.

Aia.az Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, BMT aprelin 2-sindən Ermənistanın təxribatı nəticəsində başlanan atışmalarda azı 33 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb. Təşkilat bildirir ki, ölənlərdən 30-u hərbçi, 3-ü isə mülki sakindir.

BMT qeyd edir ki, bu hesabat Azərbaycan və Ermənistan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 2-də 12, bu gün isə 3 Azərbaycan vətəndaşının şəhid olduğu barədə açıqlama verib.
Geri dön