Ana Sayfa > Karusel / Dünya > Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır -
Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır -27-10-2020, 13:44. Yazar: sevinc1 |
Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarlaşdırmaq lazımdır, çünki onun fəaliyyəti ilk növbədə təşkilat üçün təhdid yaradır. Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər. Qeyd olunub ki, Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir. Nizamnamənin 3-cü maddəsində qeyd olunur ki, bu təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsidir: “Ermənistanın bütün addımları isə regionda destabilizasiyaya yönəlib və dünya ictimaiyyəti bunu çox gözəl bilir”. Bundan başqa, qeyd olunub ki, Nizamnamənin 8-ci bəndinə uyğun olaraq üzv dövlətlər digər üzvlərin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan böhran vəziyyətlərə reaksiya vermək məqsədilə Təşkilat çərçivəsində tədbirlər görür: “Amma hərbi əməliyyatlar sırf Azərbaycan ərazisində aparıldığı üçün Ermənistan KTMT-yə müraciət etmək hüququna malik deyil”. Türkiyə hökumətində istisna etməyiblər ki, Ermənistan KTMT daxilində “Troya atı” rolunu oynayır və bu cür vacib strukturda Qərbin maraqlarını icra edir. aia.az Geri dön |