Ana Sayfa > Dünya > Türkiyənin Beyrutdakı səfirliyi qarşısında erməni vəhşiliyi:

Türkiyənin Beyrutdakı səfirliyi qarşısında erməni vəhşiliyi:


27-10-2020, 12:00. Yazar: sevinc1
Türkiyənin Beyrutdakı səfirliyi qarşısında erməni vəhşiliyi:


Türkiyənin Livanın Beyrut şəhərindəki səfirliyi qarşısında toplaşan "Daşnaksütyun” partiyasının üzvü olan bir qrup erməni təhlükəsizlik qüvvələrinə hücum ediblər.

"Anadolu” agentliyi xəbər verir ki, onlar işğal etdikləri əraziləri qaytarmaq uğrunda mübarizədə Azərbaycanı dəstəkləyən Türkiyəyə etirazlarını bildiriblər.

Səfirliyin ətrafında intensiv tədbirlər görən Livan təhlükəsizlik qüvvələri Ermənistan bayraqları daşıyan qrupun səfirliyə girməsinə icazə verməyiblər. Bundan sonra ermənilər Livan təhlükəsizlik qüvvələrinə daş və hava fişəngləri atıblar.

Daşnaklar Türkiyə və Azərbaycana qarşı şüarlar səsləndirib, İsrail və Türkiyə bayrağını yandırıblar.

aia.az
Geri dön