Ana Sayfa > Siyasət > Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb -
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb -27-10-2020, 11:21. Yazar: sevinc1 |
![]() Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb. Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Daily Sabah” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK düşərgələri var, Ermənistanın istifadə etdiyi taktika isə qoşunların tərkibində PKK terrorçularının olduğunu göstərir: “Bölgədə tunellərin qazılması, atəş sistemləri, bütün bunlar PKK-ya xasdır. Azərbaycan hərəkət, taktik və xarakterik xarici görünüş baxımından Ermənistan qoşunlarının ilk sıralarında PKK-nın mövcudluğunu müəyyən edib”. H.Hacıyev əlavə edib ki, PKK-nı terror təşkilatı hesab etməyən bütün ölkələr bəşəriyyətə qarşı cinayətlərə öz töhfəsini verir. aia.az Geri dön |