Ana Sayfa > Gündəm / Manşet / Karusel > Azərbaycan Müdafiə Nazirliyi: “Biz heç bir mövqeyimizi itirməmişik”

Azərbaycan Müdafiə Nazirliyi: “Biz heç bir mövqeyimizi itirməmişik”


4-04-2016, 11:30. Yazar: admin
Azərbaycan Müdafiə Nazirliyi: “Biz heç bir mövqeyimizi itirməmişik”
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.

Aia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar yalandır: “Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.
Geri dön