Ana Sayfa > Gündəm / Manşet / Karusel > Erməni jurnalist: “Şuşanın küçələri boşdur”

Erməni jurnalist: “Şuşanın küçələri boşdur”


4-04-2016, 11:28. Yazar: admin

Hazırda Moskvada olan erməni jurnalist Şagen Nazaryan Rusiyanın “Komsomolskaya pravda” qəzetinə bildirib ki, aprelin 3-də Qarabağda yaşayan qohumları ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Şuşanın küçələri boşdur, əhali evdən çıxmağa qorxur.

“Hadrut yaxınlığında döyüşlər gedir. Əmiuşaqlarım orada yaşayırlar. Anam onları Şuşaya gətirmək istəyir. Qorxurlar ki, birdən genişmiqyaslı döyüşlər başlayar. Əgər vəziyyət dəyişməsə, uşaqları dəhliz vasitəsilə Yerevana aparacaqlar” - deyə Nazaryan bildirib.

Erməni jurnalist onu da deyib ki, əhali ehtiyat donor qanı toplayır.
Geri dön