Ana Sayfa > Dünya > Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir -
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir -23-10-2020, 10:20. Yazar: sevinc1 |
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi üçün mümkün olan hər şeyi edir. Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bununla belə, o, bildirib ki, tənzimləmənin hansı formul üzrə davam edəcəyi barədə danışmaq tezdir: “Prezident Putin əmindir ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var – siyasi diplomatik tənzimləmə yolu. Prezident əvvəlki kimi tərəfləri siyasi-diplomatik həll müstəvisinə çıxarmaq üçün əlindən gələni edir. Fikrimcə, indi tənzimləmənin hansısa formulunu proqnozlaşdırmaq düzgün olmazdı”. aia.az Geri dön |