Ana Sayfa > Siyasət > Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb -
Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb -22-10-2020, 11:06. Yazar: sevinc1 |
![]() Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. H.Hacıyev deyib: “Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur". aia.az Geri dön |