Ana Sayfa > Karusel / Gündəm > Paşinyandan sonra Ovanisyan da yalvarır

Paşinyandan sonra Ovanisyan da yalvarır


22-10-2020, 10:31. Yazar: sevinc1
Paşinyandan sonra Ovanisyan da yalvarır


Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölkəsinin ağır durumda olduğunu etiraf edib.

Azvision.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında ordudakı durum barədə danışarkən könüllülərə ehtiyac yarandığını xüsusi olaraq qeyd edib.

Ovanisyan deyib: “Hazırda yük könüllülərin üzərinə düşmür. Amma könüllülərə ehtiyac yaranıb”.

Ovanisyan baş nazir Nikol Paşinyanın xalqın könüllü dəstələr yaratması ilə bağlı çağırışına toxunaraq deyib ki, hazırda əsas ağırlıq "nizamlı ordu"nun üzərindədir. Amma könüllülər çoxalsa, uğurlar daha çox olar.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri dövlət strukturları və yerli özünüidarə orqanlarının rəhbərlərindən könüllü dəstələrin yaradılmasını xahiş edib.


aia.az
Geri dön