Ana Sayfa > Karusel / Gündəm > Rusiyanı Qərbə satan Paşinyan indi də NATO-dan imdad diləyir

Rusiyanı Qərbə satan Paşinyan indi də NATO-dan imdad diləyir


22-10-2020, 10:14. Yazar: sevinc1
Rusiyanı Qərbə satan Paşinyan indi də NATO-dan imdad diləyir



İstədiyi dəstəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ala bilməyən Ermənistan indi də ümidini qərbə bağlayıb. Bunu Trend-ə deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Ermənistan Prezidenti ötən gün Brüsseldə NATO-nun baş katibi ilə görüşüb:

“Görünür, Rusiyanı Qərbə dəyişən Ermənistan rəhbərliyi indi də NATO-dan imdad diləyəcək. Əlbəttə, bu məsələyə yəqin ki Rusiya laqeyd qalmayacaq. Onsuz da bədnam qonşularımızın, Qafqaz regionunda Rusyanın for-postu olmasına baxmayaraq, xüsusən son illərdə NATO ilə yaxın əməkdaşlıq və Avropanın bir çox ölkələri ilə, eləcə də Almaniya, Polşa, Yunanıstan, Fransa və İtaliya ilə ikitərəfli hərbi əməkdaşlıq əlaqələrini genişləndirdiyi müşahidə olunur. Əlbəttə, belə ikili oyun Rusiyanın da diqqətindən qaçmamışdır”.

Deputat həmçinin qeyd edib ki, Ermənistan özünün terrorçu dövlət olmasının, işalçı kimi tanınmasının qarşısını almaq üçün müxtəlif hiyləgər yollara əl atıb. Bəzi sülhməramlı qüvvələrlə ortaq əməliyyatlarda iştirak edən mənfur düşmən terrorçu ləkəsini təmizləmək niyyətindədir:

“Buna misal olaraq, müxtəlif illərdə 2004-cü ildən NATO-nun Kosovadakı əməliyyatlarında ilkin olaraq Yunan qüvvələrinin tərkibində (35 nəfər), 2012-ci ildən ABŞ qüvvələri ilə birlikdə (35 nəfər), 2005-2008-ci illərdə İraqdakı əməliyyatlarda Koalisiya qüvvələrinin tərkibində Polşa kontingenti ilə birgə (46 nəfər), 2011-ci ildən NATO-nun Əfqanıstandakı “ISAF” missiyasında (46 nəfər) daha sonra “Qətiyyətli Dəstək Missiyasında” (121 nəfər) Almaniya qüvvələrinin tərkibində, 2014-cü ildən BMT-nin Livandakı “UNİFİL” missiyasında (33 nəfər) İtaliyan qüvvələrinin tərkibində, BMT-nin Malidəki “MINISUMA” missiyasında Fransız qüvvələrinin tərkibində (2 nəfər) və 2019-cu ildən Rusiya qüvvələri tərkibində Suriyada mina təmizləmə fəaliyyətlərində (83 nəfər) sülhməramlı əməliyyatlarda iştirak edirlər”. Görünür onlar Sülhməramlı əməliyyatlarda iştirak etməklə və qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiya, Rusya tərəfindən onlara qarşı olan mənfi təsirləri balanslaşdırmağa və Rusyanın regional-strateji tərəfdaşı kimi Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərirlər”.

Deputat sonda onu da qeyd edib ki, Ermənistan ordusunda hazırda ciddi əsgər çatışmazlığı yaşanır, bu səbəbdən Ermənistan özünün Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini geri çəkir.

aia.az
Geri dön