Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Arxalı köpəklər Kəlbəcəri yıxdı

Arxalı köpəklər Kəlbəcəri yıxdı


2-04-2016, 14:10. Yazar: admin

Kəlbəcər hər tərəfdən hündür dağlar və sıldırım qayalarla əhatə olunmuş təbiətinə və təbii sərvətlərinə görə Azərbaycanın ən zəngin məkanlarından biridir. Ermənilər sovet dövründə müxtəlif variantlar işlədərək Kəlbəcəri bizim əlimizdən almaq istəsələr də, buna nail ola bilmədilər. Ancaq onların istəyi 1993- cü ildə realllaşdı. Kəlbəcərin işğalında birinci Ağdaban kəndinin işğalı, orada 2-ci Xocalı faciyəsinin yaradılması elə- belədən deyildi. Ağdaban qırğınından qorxub, təşvişə düşən sakinlərin bir qismi rayon tam işğal olmadan oranı tərk etməyə başladılar. Rayonun işğalında peşəkar terrorçu Abo ləqəbli Monte Melkolyan və Livan, Suriyadakı Asala erməniləri iştirak edirdi. O cümlədən PKK terrorçuları da, Kəlbəcərin işğalında az rol oynamadılar.

Bu yaxında ermənilərin bir turizm şirkəti Kəlbəcəri reklan edirdiDağlarda quraşdırılmış funikulyoru, İstisuda ermənilər suya baş vurub çimməsini, orda inşa etdikləri yeni şiferli evləri , qızıl mədənlərinin sökülüb- talanması, bir vətəndaş kimi səni içdən sındırır. Kəlbəcər 23 ildir ki, qondarma Qarabağ respublikasının ərazisidir.23-ildir ki, biz beynəlxalq təşkilatların köməyi ilə Kəlbəcəri geri qaytarmaq niyyətindəyik. Onların isə mövqeyi bəllidir. Bu yaxınlarda ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlikin Dilqəm və Şahbazın əsirlikdən çıxmasının müşkül məsələ olmasını qeyd etmişdi. Deməli vətəndaşları kimi Kəlbəcərin özünün də işğaldan azad olunması müşkülə çevrilib. Rusun silah anbarı kimi tanınan porposk Ermənistan Kəlbəcəri 23 il bizim əlimizdən almağı bacarıb. Məlum məsələdi, köpək arxasına güvənir.

Şirxanlı Rövşən
Geri dön