Ana Sayfa > Manşet / Gündəm > Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi:
Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi:21-10-2020, 09:18. Yazar: sevinc1 |
![]() Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət açıqlanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək, geri çəkilməyə məcbur edilib. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var. aia.az Geri dön |