Ana Sayfa > Karusel / Ölkə > BNA Bakıda ekspres avtobusların gecikmə səbəbini açıqladı

BNA Bakıda ekspres avtobusların gecikmə səbəbini açıqladı


20-10-2020, 10:00. Yazar: sevinc1
BNA Bakıda ekspres avtobusların gecikmə səbəbini açıqladı


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan aia.az-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir:

"Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

aia.az
Geri dön