Ana Sayfa > Ölkə > Kəndimizə qayıdacağım günü çox həsrətlə gözləyirəm -

Kəndimizə qayıdacağım günü çox həsrətlə gözləyirəm -


19-10-2020, 11:25. Yazar: sevinc1
Kəndimizə qayıdacağım günü çox həsrətlə gözləyirəm -


Erməni işğalından azad edilən kəndimizə qayıdacağım günü çox həsrətlə gözləyirəm.

Bunu Trend-ə Cəbrayıl rayonundan olan məcburi köçkün Samirə Əhmədova deyib.

1993-cü ildə erməni işğalına görə köçkün düşdüklərini xatırladan S.Əhmədova qeyd edib ki, doğma yurdu olan Aşağı Maralyan kəndini tərk etməyə məcbur olduğu zaman 17 yaşı olub:

"Ailə həyatımı da rayondan köçkün düşdükdən sonra qurmuşam. Kəndimizdə keçirdiyim o gözəl günləri hələ də unuda bilmirəm. Aşağı Maralyan kəndinin işğaldan azad edilməsi xəbərini Prezident, Ali Baş Komandan İlham Əliyevdən aldıq. Düzdür, Prezidentimizin qayğısı sayəsində burada hər cür şəraitlə təmin olunmuşuq. Amma rayonumuza mülki əhalinin köçürülməsinə icazə verilən kimi geri qayıdacağam. Kəndimizə geri qayıdacağımız günü o qədər həsrətlə gözləyirəm ki! Bütün ailəm, qohumlarım kəndimizə qayıtmaq istəyir, hər kəs bu günü sevinclə gözləyir".

S.Əhmədova əlavə edib ki, kənd sakinləri işğaldan əvvəl əsasən, üzümçülüklə və maldarlıqla məşğul olublar.

O qeyd edib ki, kəndlərinə geri qayıtdıqdan sonra o, eləcə də digər qohumları üzümçülük təsərrüfatı yaratmaq və bununla da ölkəmizdə aqrar sektorun inkişafına töhfə vermək niyyətindədirlər.

aia.az
Geri dön