Ana Sayfa > Media > Hakerlər koronavirus peyvəndini istehsal edən şirkətlərin fayllarını ələ keçirməyə çalışır
Hakerlər koronavirus peyvəndini istehsal edən şirkətlərin fayllarını ələ keçirməyə çalışır19-10-2020, 09:54. Yazar: sevinc1 |
Bu ilin aprel ayından bəri naməlum haker qrupları koronavirusdan qoruyan peyvəndlərin hazırlanması üçün fəaliyyət göstərən Yaponiya şirkətlərinə çoxsaylı kiberhücumlar həyata keçiriblər. “Kyodo” xəbər agentliyi bu barədə ABŞ-ın kibertəhlükəsizlik şirkəti “CrowdStrike”in mütəxəssislərinə istinadən məlumat yayıb. Mütəxəssislər qeyd edir ki, hakerlər elektron poçtlara viruslar göndərərək, COVID-19 vaksinlərinin hazırlamasının gedişi haqqında informasiyanı özündə saxlayan fayllara giriş əldə etməyə çalışıblar. aia.az Geri dön |