Ana Sayfa > Manşet / Gündəm > Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi
Prezident Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə Elçin Quliyevi təbrik etdi19-10-2020, 09:28. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib. aia.az Geri dön |