Ana Sayfa > Gündəm > Milli Qəhrəmanın 12 yaşlı nəvəsi qəpiklərlə yığdığı 103 manatı əsgərlərə göndərib

Milli Qəhrəmanın 12 yaşlı nəvəsi qəpiklərlə yığdığı 103 manatı əsgərlərə göndərib


16-10-2020, 17:45. Yazar: sevinc1
Milli Qəhrəmanın 12 yaşlı nəvəsi qəpiklərlə yığdığı 103 manatı əsgərlərə göndərib


Bakıda 12 yaşlı məktəbli qürurverici hərəkəti ilə digərlərinə örnək olub.

Trend-in məlumatına görə, Bakı şəhər sakini, Xocalıdan olan məcburi köçkün Tofiq Hüseynov Azərbaycan əsgərinə dəstək aksiyasına qoşulub. T.Hüseynov bir müddət əvvəl özünə fotoaparat almaq üçün 50 qəpiklər yığırmış. Bir neçə gün öncə o, ASAN Xidmətin Azərbaycan əsgərinə dəstək aksiyası keçirdiyini eşidib və yığdığı qəpiklər dolu qabı götürərək 5 saylı ASAN xidmət mərkəzinə yollanıb. O, pulqabını xidmət əməkdaşlarına təqdim edərək "Bunun içərisindəki pulları əsgərlərimizə əlcək və corab almaq üçün göndərin, qoy onların əlləri üşüməsin və torpaqlarımızı tez azad etsinlər" deyib.

Xidmət əməkdaşları uşağın iştirakı ilə pulqapını açaraq sayıb. Qabda 103 manat 50 qəpik olub. Xidmət əməkdaşları uşağa təkid ediblər ki, həmin pulu özünə xərcləsin. Amma Tofiq Hüseynov inadla bu pulun əsgərlərə göndərilməsini istəyib. Beləliklə, T.Hüseynovun topladığı 103 manat əsgərlər üçün qəbul edilib".

Xatırladaq ki, T.Hüseynov Azərbaycanın şəhid Milli Qəhrəmanı, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynovun oğul nəvəsidir.

aia.az
Geri dön