Ana Sayfa > Təhsil > Koronavirusa yoluxan şagirdlərin sayı artdı

Koronavirusa yoluxan şagirdlərin sayı artdı


16-10-2020, 16:35. Yazar: sevinc1
Koronavirusa yoluxan şagirdlərin sayı artdı



Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən aia.az-a bildirilib ki, oktyabrın 16-da 15 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 8 sinif və 10 məktəb distant təhsilə keçib. Əyani təhsilə qaytarılmış siniflərin sayı 1 olub.

İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.


aia.az
Geri dön