Ana Sayfa > Təhsil > 33 şagirddə koronavirus aşkarlanıb

33 şagirddə koronavirus aşkarlanıb


15-10-2020, 16:02. Yazar: sevinc1
33 şagirddə koronavirus aşkarlanıb



Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən aia.az-a bildirilib ki, oktyabrın 15-də 14 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 33 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 8 sinif və 7 məktəb distant təhsilə keçib. Əyani təhsilə qaytarılmış siniflərin sayı 3 olub.

İndiyə qədər ölkə üzrə 37 məktəb, 60 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.
Geri dön