Ana Sayfa > Dünya > Rusiya müdafiə naziri Azərbaycan və Ermənistanı Moskva razılaşmasına əməl etməyə çağırıb
Rusiya müdafiə naziri Azərbaycan və Ermənistanı Moskva razılaşmasına əməl etməyə çağırıb14-10-2020, 12:04. Yazar: sevinc1 |
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Ermənistanın Müdafiə naziri David Tonoyanla telefon danışıqları keçirib. Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Qeyd olunub ki, rusiyalı nazir tərəfləri Moskvada əldə olunmuş razılaşma çərçivəsində öhdəliklərə tam şəkildə əməl etməyə çağırıb. Xatırladaq ki, oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri arasında humanitar atəşkəs barədə razılıq əldə olunub. aia.az Geri dön |