Ana Sayfa > Manşet / Parlament > Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, sürücü xəsarət aldı -
Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, sürücü xəsarət aldı -14-10-2020, 10:15. Yazar: sevinc1 |
Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub. Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub. Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib. aia.az Geri dön |