Ana Sayfa > Dünya / Manşet / Aia TV > Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq
Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq1-04-2016, 15:27. Yazar: admin |
Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək. Bu barədə "Report"a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib". Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub. Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib. Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub. Geri dön |