Ana Sayfa > Qərbi Azərbaycan > Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi

Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi


13-10-2020, 10:42. Yazar: sevinc1
Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi


İllizarov aparatı yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatdır.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, cəmiyyətdə daha çox İlizarov aparatı olaraq bilinən yeni tibbi cihazlar Azərbaycana gətirilib.

Artıq 510 belə aparatdan ibarət ilk partiya paytaxtdadır. Bu aparatlar hərbi hospitallara paylanıb. Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur.

Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Həmincihazların ordu üçün təhcizatı layihəsi çərçivəsində İlizarov aparatından 3500 ədədsifariş olunub.

Qeyd edəkki, İlizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.



aia.az
Geri dön